Tramp: "Bunu Rusiya, Suriya, yoxsa İran edib?" - Vaşinqton Suriya ilə bağlı hansı qərarı verəcək?

img

09-04-2018 [21:21]


ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində kimyəvi silahların istifadəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar 24-28 saat ərzində bu ölkənin hakimiyyətinə qarşı hərbi güc tətbiq edib-etməyəcəyinə dair qərar verəcəyini bildirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Bu, barbar, dəhşətli bir hücumdur. Bu baş verməməli idi. Biz aydınlaşdıracağıq ki, bunu Rusiya, Suriya, yoxsa İran edib. Bəlkə, onlar bunu birgə ediblər", - prezident deyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA