Prezidentdən 13 rayonun içməli su təminatı haqda sərəncam - SİYAHI

img

09-04-2018 [19:22]


Prezident İlham Əliyev aprelin 9-da "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Rayon

Yaşayış məntəqəsinin adı

1

Ağcabədi (Taxtakörpü)

Laçın obaları

2

Ağdam

Əfətli (Hacıturallı)

Üçoğlan (Ballar)

3

Ağstafa

Köçvəli

Yeni gün

4

Balakən

Sarıbulaq

5

Bərdə

Arabaçılar

Hacılar

6

Göyçay

II Ərəbcəbirli

7

İsmayıllı

Zoğallıq

8

Quba

Ağbil

Alekseyevka

Möhüc

Talabıqışlaq

9

Qusar

Aşağı Ləyər

Samur

10

Lerik

Geskon

Molalan

Sors

Şingədulan

11

Şəmkir

Tatarlı

12

Tərtər

Evoğlu

Mamırlı

Poladlı

Təzəkənd

13

Tovuz

Cilovdarlı

Əlimərdanlı

Xatınlı

Qaraxanlı

Qədirli

Cəmi:

13

30


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA