Bakıda yazayız evində yanğın baz verdi, bir yaralandı

img

02-10-2010 [12:57]


Dünən gecə saatlarında Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, yanğın binanın 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 161 kv.m. olan 3 otaqlı mənzildə başlayıb. Yanğın nəticəsində ev sahibi xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər ev sahibini və onun həyat yoldaşını xilas ediblər. Eyni zamanda, yuxarı mərtəbələrdən 14 nəfər təxliyə edilib. Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA