İcra başçısı sələfinin imzaladığı sərəncamı tanımır - Şikayət + VİDEO

img

09-04-2018 [15:56]


Vətəndaş Ələkbərov Azər Bilal oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək bildirir ki, vaxtilə atası və əmisinə Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan torpaq sahələrinə sahib çıxa bilmirlər. 

Qeyd edək ki, vətəndaşa həm atasının, həm də əmisinin adından çıxış etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamələr də verilib. 

Azər Ələkbərov bildirir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov özündən əvvəl çalışmış icra başçılarının imzaladığı sərəncamlara məhəl qoymayaraq, onu süründürməçiliyə salıb. 

Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da məsələyə münasibətini dinləməyə hazırıq.

Mia.az Azinforum.az-a istinadən vətəndaşla hazırlanan videomüsahibəni təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA