?Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə? mövzusunda seminar keçirilib

img

02-10-2010 [12:33]


Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Ağsu arxeoloji ekspedisiyası, ?Miras? Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, ?Yeni istedadlar? Uşaq və Gənclər təşkilatının(YIT), N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə ?Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə? mövzusunda seminar keçirilib. MİA-nın xəbərinə görə, Bakıdakı Beynalxalq ümumtəhsil məktəbin, tarix fənnini tədris edən müəllimlərinin və şagirdlərinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə muzeydə təşkil edilmiş ?Ağsu möcüzəsi? sərgisi ilə tanış olublar. Sərgidə, Bu ilin martından başlayaraq Ağsu şəhərində aparılan irimiqyaslı arxeoloji tədqiqatlar nəticəsində əldə edilən müxtəlif əşyalar haqqında ətraflı məlumat verilib. Ağsuda qazıntı işlərindən bəhs edən ?Ağsu arxeoloji ekspedisiyası? filmi və qədim şəhərin görüntülərini əks etdirən slaydlar nümayiş olunub. ?Yeni istedadlar? uşaq və gənclər təşkilatının sədri Cəfər Mənsimi tədbirin məqsəd və əhəmiyyətindən, Azərbaycanın uzaq keçmişi haqqında bilik və məlumatlar aşılayan seminarlarda məktəblilərin həvəslə iştirak etməsindən danışıb.Təşkilat sədri Cəfər Mənsimi bildirib ki, şagirdlər arasında mövzu ilə bağlı keçirilən inşa müsabiqəsi yekunlaşmaq üzrədir. Fərqlənən yazılar kitabça şəklində çap olunacaq.Həmçinin məktəblilərin iştirakı ilə Ağsu şəhərinə ekskursiya təşkil ediləcəyi də vurğulanıb. Seminarda Ağsu ekspedisiyası rəisinin müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin ?Ağsuda arxeoloji tədqiqatlar və nəticələr?, ekspedisiyanın üzvü Sənan Nemətovun ?Daş məmulatı və daşişləmə sənəti?, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Rəşad İbrahimovun ?Ağsu şəhərinin tarixi və bugünü? mövzularında məruzələri dinlənilib. Məruzələrdə qədim şəhərdə qazıntı işlərinin gedişindən, tədqiqatların uğurlu nəticələrindən, əldə olunan nailiyyətlərdən söz açılıb. Şagirdlər arasında mövzu ilə bağlı diskussiya keçirilərək, qaliblərə hədiyyələr verilib. Beynəlxalq ümumtəhsil məktəbin tarix müəllimi Sarvan Bədəlov Vətənimizin tarixi, ulu keçmişi, yaşantıları, əcdadlarımızın həyat tərzi haqqında gənc nəslə dəyərli məlumatların aşılanmasında bu cür tədbirlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, seminarın təşkilatçılarına minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA