Lavrovdan Qarabağla bağlı mühüm mesaj: "Bu münaqişə Kazan sammiti razılaşmaları çərçivəsində..."

img

08-04-2018 [22:21]


"Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər".

Mia.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.

"Ən vacibi inamsızlıqdan çəkilmək, - hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür - və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə bu ideyaları "kağıza qoymaq" (rəsmiləşdirmək-red) lazımdır.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb. 

"Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir", - deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA