Fransa Əsədə qarşı rəsmən hərəkətə keçdi - Paris BMT TŞ-ni təcili toplantıya çağırdı

img

08-04-2018 [20:53]


Fransa Suriyada kimyəvi silah tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın BMT-dəki nümayəndəsi açıqlama verib. O, bildirib ki, artıq toplantı barədə üzv dövlətlərə müraciət edilib.

Qeyd edək ki, Suriya rejiminin Şərqi Quta bölgəsində tətbiq etdiyi kimyəvi silah nəticəsində 80 nəfərin öldüyü, 100-lərlə insanın isə zəhərləndiyi iddia olunur. 

ABŞ, Türkiyə və Avropa Birliyi ölkələri baş verənlərlə bağlı bəyanat yayaraq, Əsəd rejimini sərt qınayıblar. Rusiya isə əksinə, kimyəvi silah tətbiqini rədd edərək, rejimi dəstəkləyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA