"BMT-nin baş katibi Suriyada güclənən zorakılıqdan ciddi narahatdır" - Rəsmi nümayəndə

img

08-04-2018 [20:22]


BMT baş katibi Antoniu Quttereş Suriyada kimyəvi silahın tətbiqi haqda xəbərdən narahatlığını bildirib.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujjarikin açıqlamasında bildirilir.

"Baş katib son 36 saatlıq nisbi sakitlikdən sonra Dumada, Şərqi Qutada yenilənən və güclənən zorakılıqdan ciddi narahatdır", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Duma yaşayış məntəqəsində kimyəvi silahın dinc sakinlərə qarşı tətbiq edilməsi Quttereşdə xüsusi narahatlıq doğurub.

Xatıqladaq ki, Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiq edilib. Nəticədə onlarla dinc sakin həlak olub. Onlar arasında qadınlar və uşaqlar da var. Ölənlərin sayının artacağı istisna edilmir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA