"O heyvan bunun əvəzini daha böyük ödəyəcək" - Tramp prezidenti təhqir etdi, qisas vədi verdi

img

08-04-2018 [18:10]


ABŞ Prezidenti Donald Tramp Suriya rejiminin Doğu Quta bölgəsində yerləşən Duma qəsəbəsinə kimyəvi silah tətbiq etməsinə çox sərt reaksiya verib.

Mia.az Türkiyənin ATV kanalına istinadən xəbər verir ki, o, açıqlamasında Suriyanın prezidenti Bəşər Əsədi təhqir etməklə yanaşı, onu hədələyib: "Heyvan Əsəd kimyəvi silahla tətbiq etməsinin əvəzini çox ağır ödəyəcək".

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətində olan Duma bölgəsinə Əsəd ordusunun kimyəvi silahla hücum etməsi haqda xəbər yayılıb. Hadisə nəticəsində 80 nəfərin öldüyü, yüzlərlə  insanın isə qazdan zəhərləndiyi  bildirilir.

Bununla bağlı Türkiyə, ABŞ və Avropa Birliyi kəskin bəyanatlar verərək, Əsədi günahlandırblar. Rusiya isə kimyəvi silah tətbiqinin yalan olduğunu idda edir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA