Nazirliyin yanında şok oğurluq: maskalı şəxslər günorta çağı bankomatı laqonda ilə doğrayıb 173 mini apardılar

img

08-04-2018 [15:59]


Günün günorta çağı Vergilər Nazirliyinin yaxınlığında "Kapitalbank"ın bankomatını laqonda aparatı ilə doğrayıb, içindəki 173 min manatı oğurlayıblar.

Mia.az xəbər verir ki, bunu jurnalist Jalə Mütəllimova sosial şəbəkədəki səhifəsində yazıb.

Onun bu şok oğurluqla bağlı yazdığı statusu olduğu kimi təqdim edirik: 

"Şəxsi xəbərdir və dəqiqidir. Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı "Kapitalbank" bankomatını iki nəfər laqonda ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əlehqaz olub. 

Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, "sanepidemstansiya"dan gəlmişik, buraları dərmanlayırıq. Əsas məsələ odur mühafizəçi o qədər hazırlıqsız və sadəlöhv olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank da oğru axtarışındadır...

Bu arada deyim ki, oğrulara məətəl qalmışam, oğrulara!.. Adamlarda ürəyə bax, ərazi kamera, rəsmi dövlət qurumları ilə dolu, günün tən ortasında, bankomatı sanepidemstansiya əməkdaşı adıyla laqondayla yar, uf da eləmə?.. Adam nə gülə bilir, nə ağlaya".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA