icra bazçısı müxalifət nümayəndəsinin imza vərəqələrinin zorla alınması göstərizi verib

img

02-10-2010 [11:25]


65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən KXCP-nin namizədi İsmayıl Yusifovunun imzatoplama kampaniyasına qanunsuz müdaxilələr olunur. Bu barədə MİA-ya KXCP mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, İ.Yusifovun imza vərəqələrindən biri Varxan və Qaralar kəndləri üzrə icra nümayəndəsi Eyvaz Əsədov tərəfindən namizəd İsmayıl Yusifovun gözü qarşısında imza toplayan şəxsin əlindən zorla alınıb. Bu zorakılığın Saatlı rayon İcra Hakimiyyətinin başçısı Şiracəddin Cabbarovun göstərişinə əsasən həyata keçirdiyini bildirib. Namizəd İ.Yusifov bu qanunsuzluqla əlaqədar dünən rayon icra başçısı və prezident administrasiyasının rayon üzrə kuratoru Dəyanət Abdullayev ilə görüşərək kəskin etirazını bildirib və imza vərəqəsənin geri qaytarılmasını tələb edib və bununla əlaqədar olaraq müvafiq qurumlara şikayət edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA