XİN başçısı: "Bakı Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi məsələsi əksini tapıb"

img

06-04-2018 [17:46]


"Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının yekun Bəyannaməsi nazirlərin ölkələrin ərazi bütövlüyünə, daxili işlərinə qarışmamağa sadiqliklərini ifadə etdikləri balanslı sənəddir".

"Report" xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının bağlanış mərasimində bu konfransın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının XİN başçılarının konfransında qəbul edilmiş digər sənəddə - Bakı Bəyannaməsinin mətnində Dağlıq Qarabağ münaqişəsi məsələsi əksini tapıb: "Bakı Bəyannaməsində Qarabağ münaqişəsi barədə maddələr var, Avropa ilə bağlı maddədə nazirlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğala davam etməsinə təəssüfləndiklərini bildirir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA