Fazil Məmmədov infarkt keçirib? - Mərkəzi Gömrük Hospitalından açıqlama

img

06-04-2018 [09:06]


Dünən bəzi KİV-lər sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi barədə məlumat yayıb. Məlumata görə, Fazil Məmmədov Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Mia.az xəbər verir ki, modern.az-ın əməkdaşı faktı dəqiqləşdirmək üçün Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb.

Hospitaldan bildirilib ki, bu xəstəxanaya Fazil Məmmədov adında xəstə yerləşdirilməyib.

Sabiq nazirin telefonları qapalı olduğundan özü və ya ətrafı ilə əlaqə saxlamaq mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA