Nazirlər Kabinetinin səlahiyyəti Prezidentə verildi, Maliyyə Nazirliyinə məhdudiyət qoyuldu - Baş nazirdən qərar

img

06-04-2018 [08:59]


Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.

Mia.az xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişiklik prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

1. 5.5-ci bəndə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

2. 5.5-2-ci bəndə "Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

3. 5.42-ci bəndin beşinci abzasında "Nazirlər Kabineti” sözləri "Prezidenti” sözü ilə əvəz edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA