06-04-2018 [01:05]
Müstəqil Ekspert Qrupumuz fəaliyyətini davam etdirir.
Bir neçə gün öncəyə qədər Qrupumuz Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov rayonlarında, Şirvan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində, Qəbələ, Ağdaş və Ağstafa rayonlarında 220-yə qədər seçki məntəqəsində və onların ərazilərində müşahidələr, monitorinqlər və sorğular aparıb. Yuxarıda sadaladığımız şəhər və rayonlarımızdan sonra Cənubi Qafqazın üç respublikasının sərhəddində olan şairlər vətəni Qazaxda olduq.
20-yə yaxın seçki məntəqələrində apardığımız müşahidələrimiz göstərdi ki, Qazax prezident seçkilərinə tam hazırdı.
Seçki məntəqələrinin ərazilərində apardığımız sorğularımız göstərdi ki, seçkidə iştirak etmək istədiyini bildirən seçicilərin 99%-dən çoxu İlham Əliyevə səs verəcək.
Qeyd etməliyəm ki, neçə illər bundan öncə adını unutduğum Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Bakıda "Aktyor evi"ndə əslən Qazaxdan olan ziyalılarla görüş keçirirdi. O zaman mən də həmən görüşdə iştirak edirdim. Görüşdə çıxış edənlər icra başçısına tərif üstündən tərif deyirdilər. Gurultulu alqışlar olurdu. Qazax haqqında isə bircə kəlmə, bircə təklif də deyilmirdi. Əlimi qaldırıb söz istədim. İcra başçısı məni tribunaya dəvət etdi. Qazax rayonunun sosial-iqtisadi inkişafı haqqında təkliflər verdim. Təkliflərimdən biri də Qazağın Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyətli Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinə Bakı- Tbilisi şossesinin Yuxarı Salahlıdan keçən hissəsindən şosse yolunun çəkilməsi ilə bağlı idi. Bu təklifim 15 gündən sonra reallaşmağa başladı. Deyilənə görə Prezident İlham Əliyev yolun çəkilməsi işinin icrasını əslən Qaymaqlı kəndindən olan İqtisadiyyat naziri Şahin Mustafayevə tapşırmışdı.
O zaman "Aktyor evi"ndə oxuduğum təkliflərim bu gün də aktual olduğundan fürsətdən istifadə edib onları indiki dövrə uyğunlaşdıraraq bir daha hörmətli KİV-lərimizin vasitəsilə Prezidentimiz İlham Əliyevin nəzərinə çatdırmaq istəyirəm.
1. Qazax rayonu Cənubi Qafqazın mərkəzi olduğundan, Respublikamızın Qərb qapısı olduğundan Qazax rayonu Azərbaycanın "pasportu" olmalıdı.
2. Qazax rayonunun ərazisində işsizliyin kökü tamamilə kəsilməli, texnoparklar və
aqroparklar yaradılmalıdı.
3. Qazax rayonunda Gürcüstan və Türkiyə ilə birgə müəssisələr yaradılmalıdı.
4. Başda Qazax rayonu olmaqla Qazax-Ağstafa-Tovuz-Şəmkir bir regionda birləşdirilə bilər. Tarixən də bu belə olub.
5. Qazax rayonunun bütün susuz kəndlərinə su (ələlxüsus da suvarma suyu) çəkilməlidi. Bu kəndlərdən strateji əhəmiyyəti olan Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərini göstərmək olar.
Əlavə olaraq deyə bilərəm ki, Qazax şəhərinin mərkəzində polis idarəsinin, prokurorluğun, kənd təsərrüfatı nazirliyinin idarəsi yaxınlığında çox böyük sahəni əhatə edən gözəl ağacları olan boş sahə var. Qazax rayon sakini, rayonun Təhsil idarəsinin keçmiş rəhbəri həmin ərazini mənə göstərdi və dedi ki, burada insanların istirahəti üçün Zərifə Əliyeva adına parkın yaradılması rayon sakinlərinin ürəyincə olacaq.
Sonda Müstəqil Ekspert Qrupumuzun adından Qazax rayonunda müşahidələrimizə, monitorinqlərimizə və sorğuların aparılmasına böyük dəstək verən gözəl insan, böyük müəllim, dövlətçiliyimizə sədaqətli, yüksək hörmət sahibi və Qazax rayonunun Təhsil Şöbəsinin keçmiş rəhbəri Əhməd Dərgahquliyevə minnətdarlığımı bildirirəm!
Prof.Dr. Qüdrət İsaqov
Müstəqil Ekspert Qrupunun rəhbəri,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki,
2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi