"Son 26 ildə Azərbaycanla əlaqələrimiz indiyədək mümkün ola biləcək ən yüksək səviyyəyə çatıb" - İran XİN

img

05-04-2018 [19:27]


Son 26 ildə Azərbaycan ilə İran arasındakı əlaqələr indiyədək mümkün ola biləcək ən yüksək səviyyəyə çatıb.

Mia.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirən xarici işlər naziri İran Prezidenti Həsən Ruhaninin Azərbaycana son səfərinə diqqət çəkib: "Prezident Həsən Ruhaninin Azərbaycana səfəri olduqca uğurlu keçdi. Hər iki ölkə mühüm layihələr üzərində işləyir. Bu layihələrdən birinə Xəzər dənizində birgə əməkdaşlıq daxildir. Biz, eyni zamanda, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizində uğurlu əməkdaşlıq edirik. Hər iki ölkə faydalı əməkdaşlıq nümayiş etdirir. Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-İran dördtərəfli əməkdaşlığı da yüksək səviyyədə davam edir. Biz bu əlaqələri daha geniş məcrada inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA