Dövlət orqanlarında izləmək istəyənlərdən sənəd qəbulu baza çatıb

img

01-10-2010 [01:30]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2010-cu il 1 sentyabr tarixdən 5 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu 2010-cu il 30 sentyabr tarixdə başa çatıb. Bu müddət ərzində Komissiyada 538 namizəd qeydə alınıb. Onlardan 123-ü (22.86%) qadın, 415-i (77.14%) isə kişidir. Komissiyadan verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. Qeydə alınan namizədlərdən 353-ü inzibati vəzifələrin altıncı, 159-u inzibati vəzifələrin yeddinci, 26-sı isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir. Statistik göstəricilərə görə ən çox namizəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (19 yerə qarşı 299 namizəd) və Sənaye və Energetika Nazirliyi (10 yerə qarşı 161 namizəd) üzrə qeydə alınmışdır. Bu iki dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 85.50%-ni təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA