Azərbayacanın sürücülük vəsiqələri xarici ölkələrdə niyı yanınmır? - Ekspert problem və həlli yolunu göstərdi

img

05-04-2018 [10:09]


Azərbaycan DİN Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi sürücülük vəsiqələri xarici ölkələrin çoxunda tanınmır.

Mia.az xəbər verir ki, bu problemlı bağlı ekspert Ərşad Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda sürücülük vəsiqələrində 2 qüsur var:

"1. "Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır.

2. Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulubub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir.

Düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar. Amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər".

Ekspert deyir ki, ən ciddi problem bizim vəsiqəmizi xarici ölkədə yerli vəsiqəyə dəyişəndə yaranır:

"Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin vəsiqə verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir. Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə adətən sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim vəsiqənin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm".

Ekspert bildirir ki, bu problemi düzəltmək çox sadədir:

"Hazırda verilən vəsiqələrin blankını (şablonunu) Konvensiyaya uyğunlaşdırıb, camaata normal vəsiqə verilməlidir. Özü də "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA