Azərbaycanın generalı Moskvada 30 nazirin qarşısında dünyaya mesaj verdi: "Qarabağ münaqişəsi..."

img

04-04-2018 [21:48]


 "Dağlıq Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır".

Bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal və regional təhlükəsizlik və bu kimi vacib məsələlərin müzakirə edildiyi konfransda iştiraka xüsusi önəm verir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik". 

Qeyd edək ki, "Redisson" otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.

Forum sabah işini davam etdirəcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA