Zaxarovadan Azərbaycana yeni səfirin təyinatı haqda açıqlama: "Belə bir qayda var ki..."

img

04-04-2018 [19:47]


"Belə bir qayda var ki, Rusiya xarici siyasət idarəsi səfirlərin təyinatı məsələsini şərh etmir".

APA-nın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycana səfir təyinatı ilə bağlı deyib.

 O bildirib ki, bu qayda 90-cı illərdən təsdiq olunub: "Təyinat haqqında danışmaq, cəmiyyətə təqdim etmək yalnız Rusiya prezidentinin səfirin təyinatı ilə bağlı sərəncamından sonra mümkündür”.

Qeyd edək ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin aprelin 2-də keçirilən iclasında Mixail Boçarnikovun Azərbaycanda səfir postuna namizədliyi təsdiqlənib. Bundan əvvəl M. Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA