Zakir Qaralov Yevgeni Sloboda ilə görüşüb - Seçki müzakirəsi

img

04-04-2018 [18:01]


Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov aprelin 4-də Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşüb.

Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi, seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi üçün ölkəmizdə görülən işləri qeyd etməklə seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. 

Görüş zamanı seçki prosesində yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığı xüsusi qeyd edilib.

Y.Sloboda ölkədə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən seçkilərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA