Ramil Usubov əmr verdi - Kamran Əliyevə yeni vəzifə verildi + Təyinat

img

04-04-2018 [14:23]


DİN Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.

Uzun illərdir mətbuatla sıx əlaqələr qurmağı bacaran polkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib. 

Daxili işlər nazirinin əmri ilə Kamran Əliyev BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib

Bu vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. O, bir neçə ay əvvəl təqaüdə çıxdığı üçün həmin şöbədə rəis postu boş idi.

Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. 

Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib/avtosfer.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA