Ərdoğan Ruhani ilə də mətbuata qapalı görüşdü - Gün sonu Putin, Ərdoğan və Ruhani birgə bəyanat verəcək

img

04-04-2018 [13:11]


Türkiyə prezidenti Ərdoğan az əvvəl İran prezidenti Həsən Ruhani ilə Ankarada qapalı görüş keçirib.

Mia.az TRT-yə istinadən xəbər verir ki,  iki ölkə lideri Suriya, o cümlədən bölgə və dünyadakı bir çox məsələlər ətrafında müzakirə aparıblar.

Həsən Ruhani Ərdoğanla görüşdən dərhal sonra isə Türkiyədə olan Putinlə təkbətək görüşə yollanıb. Bu dəqiqələrdə bu görüş mətbuata qapalı şəraitdə davam edir.

Bu görüşdən az sonra isə hər üç ölkənin prezidentləri bir araya gələcək.

Onların görüş sonu onların Suriya böhranının həlli ilə bağlı birgə bəyanat verəcəyi gözlənilir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA