Mərkəzi Neftçilər Xəstəxanasında növbəti baş həkim dəyişikliyi - Yeni təyinat

img

04-04-2018 [12:51]


Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Mia.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib. 

Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA