DİM-dən 10 dövlət orqanında 198 vakant vəzifəni tutmaq istəyənlərə - Xəbərdarlıq

img

04-04-2018 [12:00]


7 mart 2018-ci il tarixdə elan edilmiş 10 dövlət orqanında mövcud olan 198 vakant vəzifə (A növü üzrə) üzrə müsabiqənin müsahibə elanına qeydiyyat aprelin 7-də bitəcək.

Bu barədə Mia.az-a Dövlət İmtahan Mərkəzindən məlumat daxil olub.

Bildirilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizəd müsahibə üzrə qeydiyyatdan keçmək üçün ilk növbədə sertifikatı əldə etmək üçün aprelin 16-dək DİM-in portalında müraciət formasını doldurmalıdır:

"Müsahibə üzrə qeydiyyatdan keçmək üçün fiziki olaraq sertifikat tələb olunmur.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: 

- ali təhsil haqqında sənədin surəti; 

- əmək kitabçasının surəti (olduğu halda)

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə)  təqdim etməlidir".  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA