Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul etdi - FOTO

img

04-04-2018 [12:25]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.

Görüşdə nazir Riad Malki Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd edib və bu tədbirdə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransın önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Dövlət başçısı Fələstinin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb, İstanbulda keçirilən zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA