Ərdoğanla Putin qapalı görüş keçirdi - 1.5 saatlıq görüşdə bölgədəki vəziyyət masaya yatırılıb

img

03-04-2018 [20:48]


Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putinlə Ərdoğan "Akkuyu” AES-in təməlqoyma mərasimində iştirak etdikdən sonra qapalı görüş keçiriblər. 

Türkiyə mətbuatının xəbərinə görə, Ərdoğanla Putinin görüşü 1.5 saat çəkib. Qardaş ölkə mətbuatı iki ölkə liderinin əsas müzakirə mövzusunun bölgə məsələləri ilə bağlı olduğunu idda edib.

Bundan sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısı başlayıb.  Toplantıda hər iki ölkənin liderləri də iştirak ediblər.

Sabah isə Rusiya, İran və Türkiyə prezidentlərinin Ankarada üçtərəfli görüşü keçiriləcək. Həmin toplantıdan sonra onun Moskvaya dönəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA