Əbiyev Bakı korpusunun komandiri general-leytenant Rövzən Əkbərovu vəzifədən azad edib

img

01-10-2010 [11:32]


Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakı hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu tutduğu vəzifədən azad edib. Artıq bu haqda əmr şəxsi heyətə də çatdırılıb. Hazıda birləşməyə yenı komandan təyin edilməyib və vəzifələrin icrası müvəqqəti olaraq qərargah rəisinə həvalə olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu faktı dəqiqləşdirmək istəsək də, rəsmilərdən heç kimi yerində tapmaq mümkqn olmayıb("Milaz" İA). Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov uzun illər idi ki, Bakı hərbi birləşməsinin komandiri vəzifəsində xidmət keçirdi. Özü də Azərbaycanın Milli Qəhrəmanidır. Rövşən Əkbərovun adı eyni zamanda bir neçə dəfə yerli mətbuatda müdafiə naziri postuna ən real namizədlərdən biri kimi çəkilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA