Hava soyuyacaq, yağız yağacaq, bəzi yerlərdə leysan olacaq

img

01-10-2010 [10:51]


Bu gündən başlayaraq ölkə ərazisində havalar soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava müşahidə ediləcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək. Havanın temperaturu günün birinci yarısında 25-27?, günün ikinci yarısında 20-23?, axşam 18-20? olacaq. Oktyabrın 2-də buludlu olacaq. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 15-18?, gündüz 19-22? təşkil edəcək. Oktyabrın 3-də arabir havanın tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18?, gündüz 20-23? təşkil edəcək. Oktyabrın 4-də axşam yenidən buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturu gecə 15-18?, gündüz 20-23? olacaq. Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam yağıntıların arabir intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 15-19?, gündüz 20-25?, dağlarda gecə 8-10?, gündüz 12-17? enəcək. Oktyabrın 3-ü və 4-də yenidən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Ayın 4-də bəzi rayonlarda yağıntıların intensiv leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, 04-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16?, gündüz 20-25?, dağlarda gecə 7-9?, gündüz 11-16? olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA