“Tərif olsa, mənə imkan verməyəcəkdiniz, indi isə..." - Siyavuş Novruzov deputatlara səsləndi

img

03-04-2018 [12:39]


Azərbaycanda aktiv siyasətin aparıldığı vaxtda bir qrup şəxs Azərbaycan dövlətinin, prezidentinin əleyhinə qarayaxma kampaniyası ilə məşğuldur. Mühacir adı altında müxtəlif xarici ölkələrdə azərbaycan dövləti əleyhinə fikir səsləndirirlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, onlar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qarayaxma ilə məşğuldur.

"Bu vaxta qədər bir dəfə də olsun Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən şəxslər Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçirirlər. Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var. Onların təəssüf ki, Azərbaycan dövləti və xalqına qarşı apardığı siyasət ermənilərdən betərdir. Siyasi mübarizə aparmaq istəyənlərə heç bir məhdudiyyət yoxdur, düşmənin dəyirmanına su tökmək, erməni mediasında məşhurlaşmaq ancaq bu insanlara yaraşır. Vətənə, xalqa, orduya qarşı müxalif olmaq olmaz, azərbaycanlılara qarşı soyqırım törətmiş xalqla əlbir olmaq olmaz”.

S.Novruzov millət vəkillərini bu mövzuda mövqe ortaya qoymağa çağırıb:

"Cəmiyyətin bu məsələdə mövqeyi də yekdil olmalıdır. Xalqın seçdiyi insanlar bu ünsürlərə qarşı mövqeyini ortaya qoymalıdır. Hər kəs bir tərəfə çəkilsə, bunun axırı nə olacaq? Biz seçicilərimizi təmsil edirik, həmin insanlar da bizim seçicilərimizi təhqir edir. Biz nə üçün göz yumuruq, münasibətimizi bildirmirik? Xahiş edirəm, hər kəs gündəliklə yanaşı, bu mövzuya da münasibət bildirsin. Tərif məclisi yazılsa idi, mənə növbə çatmayacaqdı. Söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA