Milli Məclis bir sıra xidmətlər üzrə dövlət rüsumları müəyyən edib

img

01-10-2010 [01:49]


Azərbaycan Milli Məclisi ?Dövlət rüsumu haqqında? qanuna əlavə və dəyişiklikləri təsdiqləyib. Milli Məclisin təsdiq etdiyi əlavələrdə bir sıra xidmətlər üçün müəyyən olunmuş dövlət rüsumlarının məbləği göstərilib. Belə ki, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə 100 manat, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə 50 manat, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün 100 manat, Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsinə 20 manat, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 20 manat, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri - dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün 100 manat, gigiyenik sertifikatın verilməsi üçün 15 manat təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA