Vergilər Nazirliyində kütləvi ixtisar - Mikayıl Cabbarovdan daha bir əmr

img

03-04-2018 [11:27]


Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər etdi. Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırdı.

Mia.az-a daxil olan məlumata görə, Mikayıl Cabbarov kütləvi işdənçıxarmadan sonra ixtisarlara da başlayıb. Belə ki, bir neçə gün öncə nazirin əmri ilə ixtisarlara başlanılıb. Bu dəfə ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər olub. 

Verilən məlumata görə, 20-yə yaxın vergi müfəttişi işdən kənarlaşdırılıb. O da bildirilir ki, Büdcədənkənar fond hesablı müfəttişlər sırasından növbəti ixtisar gözlənilir. Artıq növbəti ixtisar üçün bir qurup müfəttişin ərizəsi alınıb. Onların seçkidən sonra ixtisara salınacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA