Bahar Muradova əməliyyat olunub? - Açıqlama

img

03-04-2018 [10:45]


Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunub.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, xanım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun belindən əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki,əməliyyatdan sonra xanım deputat evində müalicəsini davam etdirir. Bahar Muradovanın telefonuna cavab verən xanım deputatın səhhətinin normal olduğunu bildirib.

**** 

B. Muradovanın köməkçisi Bəhruz Seyidəhmədli "Qafqazinfo" ilə əlaqə saxlayaraq xanım deputatın əməliyyat olunmadığını deyib: "Sadəcə bu günlərdə Bahar xanım klinikada müayinə olunub, amma əməliyyat edilməyib. Hazırda özünü yaxşı hiss edir və Milli Məclisdə bu gün keçiriləcək plenar iclasa qatılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA