BŞBPi rəis müavini Yazar Əliyev isa Qəmbər və Əli Kərimliyə məzəli məktub göndərib

img

30-09-2010 [05:35]


Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiya başqanının müavini Tofiq Yaqublu Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. Bu barədə MİA-ya məlumat verən T.Yaqublunun sözlərinə görə, onları BŞBPİ-nin rəis müavini Yaşar Əliyev qəbul edib: ?Görüş zamanı məlum oldu ki, bizi ora absurd və olduqca biabırçı bir məsələyə görə çağırıblar. Yaşar Əliyev bizə Rusiyanın ?İzvestiya? qəzeti və ?izvestiya.ru? saytından götürülərək Azərbaycan dilinə tərcümə edilmiş icmal-məqalə təqdim etdi. Məqalədə müxtəlif inkişaf etmiş ölkələrdə ? Almaniya, Yaponiya, Litva, İsveç, İsveçrə, Belçika və digərlərində sərbəst toplaşmaq haqqında qanunvericiliklə bağlı məlumatlar əksini tapıb. Məqalədə o da göstərilir ki, guya adları çəkilən ölkələrdə sərbəst toplaşmaq azadlığı bizdən də pis vəziyyətdədir. Bir sözlə biabırçılıq və rəzalət. Bilsəydik, belə bir şey olacaq, heç getməzdik?. T.Yaqublu onu da bildirb ki, Yaşar Əliyev öz adından Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin adına olan iki məktubu da onlara verib. Sözü gedən məqalə də liderlərlərə göndərilən məktuba əlavə olunub: ?Arif bəy də Yaşar Əliyevə dedi ki, əgər bu mənasız məqaləni bizə çatdırmaq istəyirdinizsə, ya bir sahə müvəkkilini verərydiniz, yada elektron ünvanımıza göndərəydiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA