"Bütün parklanma yerləri agentliyə verildi, işıqforlar eyni mərkəzdən idarə ediləcək" - Ekspertdən fərmana şərh

img

03-04-2018 [00:46]


"Nəhayət ki, bizim ölkəmizdə də işıqforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq, sovet dövründən qalan aktlara istinad etməkdən canımız qurtaracaq".

Mia.az xəbər verir ki,  Prezident İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərmanı şərh edən Ərşad Hüseynov sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, bu fərman Bakının nəqliyyat sektorunda əsaslı dönüş yaradacaq: "Bu fərmana əsasən Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək. Həmçinin, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək. Bakının bütün işıqforları vahid mərkəzdən idarə ediləcək. Paytaxtın büün küçələrində nəqliyyatın hərəkətini vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq. O cümlədən, Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq və s".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA