AMEA Rəyasət Heyəti toplanır, akademiklə bağlı qərar veriləcək: "Akif Əlizadə onu kəskin şəkildə məzəmmət edib"

img

02-04-2018 [19:54]


Jurnalistləri təhqir etdiyi deyilən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun işinə Rəyasət Heyətinin iclasında baxılacaq.

Bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev deyib. 

Onun sözlərinə görə, iclasda R.Məmmədovla bağlı qərar veriləcək: "AMEA-nın prezidenti Akif Əlizadə  akademiki kəskin şəkildə məzəmmət edib. Bildirildi ki, onun mövqeyi akademiyanın mövqeyi deyil. Onunla bağlı Rəyasət Heyətinin iclasında son qərar veriləcək”.

Qeyd edək ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləyərək, onları "bezdarnı”, "savadsız", "heç nəyə yaramayan" adlandırıb. Bununla yetinməyən akademik jurnalistlərə "küçük” deyib. (Azvizion.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA