02-04-2018 [12:09]
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtləri açıqlanıb.
"Abituriyent” jurnalının 2-ci nömrəsində bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişiəsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.
"Riyaziyyat”, "Fizika”, "Kompüter elmləri”, "Nəqliyyat tikintisi mühəndisliyi”, "İnşaat mühəndisliyi”, "İnformasiya texnologiyaları”, "Geologiya”, "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişiəsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
-"Memarlıq”ixtisasının müsabiqəsində test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Torpaqşünaslıq və aqrokimya | Azərbaycan Dövlət Aqrar Universiteti Lənkəran Dövlət Universiteti |
Meşəçilik | Lənkəran Dövlət Universiteti Qərbi Kaspi Universiteti |
Aqronomluq | Lənkəran Dövlət Universiteti |
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi | Naxçıvan Dövlət Universiteti |
Texnologiya müəllimliyi | Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti |
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi | Azərbaycan Texnologiya Universiteti |
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi | Qərbi Kaspi Universiteti |
Çoxişlənən malların texnologiyası mühəndisliyi | Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Mingəçevir Dövlət Universiteti |
İstehlak mallarının ekspertizası və marketinqi | Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti |
Poliqrafiya mühəndisliyi | Qərbi Kaspi Universiteti |
Azərbaycan Dövlət Aqrar Universitetinin"Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik","Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi"ixtisaslarının vəNaxçıvan Dövlət Universitetinin"Torpaqşünaslıq və aqrokimya"ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişiəsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
-Dövlət ali təhsil müəssisələrinin ("ADA” universiteti istisna olmaqla) "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)”ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
-Dövlət ali təhsil müəssisələrinin ("ADA” Universiteti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarınınmüsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Marketinq | Gəncə Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Bakı Biznes Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Qərbi Kaspi Universiteti Bakı Avrasiya Universiteti |
Biznesin idarə edilməsi | Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Gəncə Dövlət Universiteti Azərbaycan Texnologiya Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Universiteti "Odlar Yurdu" Universiteti Qərbi Kaspi Universiteti Bakı Biznes Universiteti Xəzər Universiteti Azərbaycan Kooperasiya Universiteti Bakı Avrasiya Universiteti |
Kommersiya | Azərbaycan Texnologiya Universiteti Azərbaycan Universiteti Azərbaycan Kooperasiya Universiteti |
Regionşünaslıq (regionlar üzrə) | Qərbi Kaspi Universiteti Xəzər Universiteti Bakı Avrasiya Universiteti |
Turizm və otelçilik | Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Mingəçevir Dövlət Universiteti Lənkəran Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı Azərbaycan Texnologiya Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti Xəzər Universiteti "Odlar Yurdu" Universiteti Naxçıvan Universiteti |
III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişiəsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
-Dövlət ali təhsil müəssisələrinin "Tərcümə (dillər üzrə)”ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
-Dövlət ali təhsil müəssisələrinin ("ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarınınmüsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;
-Bakı İslam Universitetinin "Dinşünaslıq”ixtisası üzrə müsabiqəyə ümumi balı 100,Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq” ixtisasıüzrə isə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması | Naxçıvan Dövlət Universiteti Lənkəran Dövlət Universiteti |
Sosial iş | Naxçıvan Dövlət Universiteti Gəncə Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı Azərbaycan Universiteti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Azərbaycan Kooperasiya Universiteti |
IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişiəsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;
-Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarınınmüsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti "4” və ya "5” olan abituriyentlər buraxılır;
Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):
Baytarlıq | Lənkəran Dövlət Universiteti |
Ekologiya | Lənkəran Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti Qərbi Kaspi Universiteti |
Azərbaycan Dövlət Aqrar Universitetinin"Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər","Ekologiya", "Əczaçılıq"ixtisaslarının vəNaxçıvan Dövlət Universitetinin"Baytarlıq"ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).
I–IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (dövlət ali təhsil müəssisələrində tədrisi ingilis dilində olan, "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə) və "Tərcümə (dillər üzrə)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyəşamil olunmur.
Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələriballa qiymətləndirilənxüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələriməqbullaqiymətləndirilənxüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi