02-04-2018 [11:27]
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayevin ittihamlarına cavab verib.
L.Babayev "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nurlan Abdullazadənin atası Abdullayev Rasim Tapdıq oğlu Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən onun ailəsinin problemlərinin həllinə lazımi diqqət yetirilməməsi barədə ayrı-ayrı saytlar vasitəsilə müxtəlif yuxarı orqanlara müraciətlər edib:
"Rasim Abdullayevin müraciətində qeyd edilən fikirlərin heç bir əsası yoxdur, şantaj və böhtan xarakterlidir. Belə ki, şəhid ailəsi kimi Rasim Abdullayevin etdiyi bütün müraciətlərə Rayon İcra Hakimiyyəti tərəfindən diqqətlə yanaşılıb və qaldırdığı məsələlərin həlli üçün zəruri olan bütün tədbirlər görülüb. 2012-ci ildən Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Abdullazadə Nurlan Rasim oğlu 2016-cı ilin aprel ayında Tərtər bölgəsində gedən döyüşlərdə şəhid olub.
Şəhidin cənazəsi 5 aprel 2016-cı il tarixdə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndinə gətirilib və Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə zərdablı, o cümlədən kənd sakinləri, gənclər, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin nümayəndələri iştirak ediblər.
Şəhidin dəfn, 3, 7, 40 mərasimlərinin maliyyə xərcləri Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Onun məzar və məzarüstü daşlarının mərmərdən hazırlanması üçün ailəsi 5 min manat vəsait tələb etsə də, Rayon İcra Hakimiyyəti tərəfindən bu iş 2700 manat sərf edilməklə görülüb.
Heydər Əliyev Fondu tərəfindən şəhidin ailəsinə 10 min, Müdafiə Nazirliyi və şəhidin xidmət etdiyi hərbi hissə tərəfindən 2 min, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və müxtəlif təşkilatların əmək kollektivləri tərəfindən 2 min manat dəyərində maddi köməklik göstərilib. Dövlət sığorta Şirkəti tərəfindən 11 min manat dəyərində hərbi qulluqçuların icbari sığorta məbləği ödənilib. Ədliyyə naziri tərəfindən ailəyə 300 manat dəyərində ərzaq məhsulları alınaraq verilib.
Şəhidin yaşadığı evə gedən 250 metr, həmin evdən qəbiristanlığa qədər olan 1100 metr yol təmir edilib.
Təhsil aldığı İsaqbağı kənd tam orta məktəbində Nurlan Abdullazadə barədə geniş məlumat guşəsi yaradılıb, mərmər lövhəyə həkk olunmuş böyük şəkli məktəbin həyətində yerləşdirilib. Rayonun məktəblərində və uşaq bağçalarında şəhidin həyatını və döyüş fəaliyyətini əks etdirən lövhələr təşkil edilib.
Böyük Dəkkə kəndində yaşadığı küçəyə şəhid Nurlan Abdullazadənin adı verilib.
Rasim Abdullayevin müraciəti əsasında onun ailə quraraq Zərdab rayonunun Təzəkənd kəndinə köçmüş qızı Nurlana Abdullayeva 01.04.2017-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasında işlə təmin edilib və aylıq əmək haqqı 139 manatdır.
Rasim Abdullayevə şəhid atası olduğu üçün ayda 242 manat Prezident təqaüdü və 12 manat müavinət, 3-cü qrup Qarabağ müharibəsi əlilliyinə görə 92,41 manat məbləğində pensiya verilir.
Şəhid Nurlan Abdullazadənin doğum və anım günləri yüksək səviyyədə qeyd edilib, həmin tədbirlərdə Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin, gənclər və təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani iştirak etmiş, keçirilən tədbirlər müxtəlif qəzetlərdə və televiziya kanallarında, sosial şəbəkələrdə işıqlandırılıb.
26.12.2016-cı il tarixdə Zərdabda "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirində Abdullazadə Nurlan Rasim oğlunun atasına Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalı təqdim edilib”.
İcra başçısının sözlərinə görə, görülmüş işlərə baxmayaraq şəhid atası Abdullayev Rasim Tapdıq oğlu Rayon İcra Hakimiyyəti tərəfindən onun ailəsinin problemlərinin həllinə lazımi diqqət yetirilməməsi barədə müxtəlif yuxarı orqanlara müraciətlər edib: "Həmin müraciətlərin səbəbi müəyyənləşdirilərkən məlum olub ki, ailənin əsas narazılığı onlar üçün yeni mənzil tikilməsi, rayonun İsaqbağı kənd tam orta məktəbinə övladları şəhid Nurlan Abdullazadənin adının verilməsi ilə bağlı etdikləri müraciətlərin müsbət həll olunmamasıdır.
Bildiririk ki, Rasim Abdullayev və şəhidin dayısı, 1-ci qrup Qarabağ müharibəsi əlili Qaroğlan Mustafayev 9 dekabr 2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olarkən Qaroğlan Mustafayevə yaxın vaxtlarda fərdi mənzil tikiləcəyi, Rasim Abdullayevin isə növbə əsasında mənzillə təmin olunacağı bildirilib. Rəsmi müraciət etdikdən sonra Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2016-cı il tarixli, 122 nömrəli sərəncamı ilə Abdullayev Rasim Tapdıq oğlu mənzil növbəsinə alınıb və bu barədə 30.12.2016-cı il tarixli, 01/977 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat göndərilib. Artıq Qaroğlan Mustafayev üçün fərdi mənzil tikintisinə başlanılıb.
Şəhid Nurlan Abdullazadənin adının rayonun İsaqbağı kənd tam orta məktəbinə verilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən Baş nazir Artur Rasi-zadəyə 13.10.2016-cı il tarixli, 01/757 nömrəli məktubla müraciət olunub. Lakin, şəhidin xidməti məlumatları Respublika Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2 bəndinin tələblərinə cavab vermədiyinə görə müraciət öz müsbət həllini tapmayıb.
Növbədənkənar fərdi mənzil tikintisinə köməklik edilməsi barədə müxtəlif yuxarı orqanlara etdiyi müraciətləri nəzərə alınaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 28 mart 2018-ci il tarixli, 31 nömrəli sərəncamla komissiya təşkil olunaraq Rasim Abdullayevin mənzil-məişət şəraitinə baxış keçirilib, müvafiq akt tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
Eyni zamanda mən 19.03.2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimova telefonla zəng etmişəm. Nazir Səlim Müslümova isə 30.03.2018-ci il tarixli, 01/270 nömrəli məktubla müraciət edərək Rasim Abdullayevə fərdi ev tikilməsinə köməklik edilməsini xahiş etmişəm”.
Qeyd edək ki, şəhid atası mətbuata müraciətində ailəsinin yaşayışının yaxşı olmadığını, kiçik daxmada yaşadıqlarını məsələ ilə bağlı rayon icra başçısına müraciətlərinin cavabsız qaldığını və Böyükdəkkə kənd orta məktəbinə şəhidinin adının verilməsi məsələsinə müsbət yanaşılmadığını və məzarın üzərindəki bayrağın götürülməsinə etiraz etdiyini vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi