Əsəd rejiminə bağlı qırıcılar Türkiyənin İdlibdəki mərkəzini vurdu - Min nəfərlik mərkəz bombalandı + VİDEO

img

02-04-2018 [08:46]


Suriya prezidenti Əsədə bağlı olan hava qüvvələri Türkiyənin Suriyada qaçqınlar üçün qurduğu müvəqqəti sığınma mərkəzini bombalayıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, bombalama Suriyanın  Doğu Qutadakı mühasirədən çıxarılaraq 1000-ə yaxın insanın yerləşdirildiyi İdlibin Eriha bölgəsində baş verib.

Bu barədə həmin sığnma mərkəzini quran Dəyanət Vakfı belə bir rəsmi açıqlama yayıb: "Doğu Qutalı ailələrin yerləşdirildiyi İdlibin Eriha bölgəsində minə yaxın insanın qaldığı müvəqqəti sığınma mərkəzimiz rejimə bağlı qırıcılar tərəfindən vuruldu".

Hələlik hadisəyə rəsmi Ankaradan reaksiya verilməyib.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA