01-04-2018 [22:27]
"Bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!”.
Dəhşət saçan bu açıqlama Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova məxsusdur.
Cənab Həsənov bu barədə martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə danışıb. "Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik” – Prezidentin köməkçisi bəyan edib.
Ə.Həsənov hər prezident seçkisi öncəsi xaricdən Azərbaycana yönələn təhdid və təzyiqlərin artması barədə danışarkən yuxarıdakı sensasiyalı fikri səsləndirib. Prezidentin köməkçisi bildirib ki, bu təzyiqlərin ən müxtəlif səbəbləri olur. Bəzi dövlətləri Azərbaycanın balanslaşdırılmış xarici siyasəti qane etmir – onlar Azərbaycanı öz yanlarında görmək, müəyyən layihələrə cəlb etmək istəyirlər. Bəzi dövlətlər isə daha da irəli gedərək, hətta Azərbaycanın milli sərvətlərindən ƏVƏZSİZ PAY TƏLƏB EDİRLƏR!
Prezidentin köməkçisinin bu bəyanatı səsləndirməzdən əvvəlki bəzi fikirlərindən onun hansı dövləti nəzərdə tutduğunu anlamaq çətin deyildi – söhbət, əlbəttə ki, əzəli düşmənimiz Rusiyadan gedir. Ə.Həsənovun bunu dilə gətirməzdən az əvvəl 2013-cü ilin Prezident seçkiləri ərəfəsində baş verənləri, Rusiyada "Milyarderlər İttifaqı”adlandırılan qurumun yaradılmasını xatırlatması, əlbəttə ki, təsadüf ola bilməzdi. "Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar”, –deyə, Həsənov bildirib.
Prezidentin köməkçisinin medianın diqqətindən yayınan bu gözlənilməz bəyanatı fonunda bir məsələ xüsusilə diqqəti cəlb edir. Bir neçə gün əvvəl Avropada Azərbaycan hakimiyyəti əleyhinə aparılan təhqir kampaniyasının məsuliyyəti baş nazirin sabiq birinci müavini Abbas Abbasovun, deməli, dolayısı ilə Rusiyanın üzərinə qoyulmuşdu. Hökumətə yaxın KİV-lər iddia etmişdilər ki, bu kampaniyanın gizli himayədarı və təşkilatçısı Abbas Abbasovdur. Prezident Administrasiyasının təsiri altında olan bir politoloq isə hətta iddia etmişdi ki, Azərbaycanın xüsusi xidmət orqanları Abbasovla təhqir kampaniyası aparan mühacirlərin əlaqələrini aşkarlayıb. Bütün bunlar həqiqətdirsə, deməli 2013-cü il seçkiləri ərəfəsində olduğu kimi, indi də hakimiyyət Rusiyanın güclü təzyiqi altındadır, onun təhdid, şantaj və TƏLƏBLƏRİ ilə üz-üzədir. Cənab Həsənovun "MİLLİ SƏRVƏTLƏRİMİZDƏN ƏVƏZSİZ PAY İSTƏYİRLƏR” açıqlaması isə ehtimal etməyə əsas verir ki, budəfəki tələblər 2013-cü illə müqayisədə daha da sərt və hətta daim Rusiya ilə ehtiyatlı siyasətə üstünlük verən Azərbaycan hakimiyyəti üçün QƏBULOLUNMAZDIR! Hamıya bəllidir ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı əvvəllər misli görünməmiş təzyiq kampaniyasına göstəriş verən Putin, seçkidən az əvvəl hərbi gəmilərlə Bakı yürüşündə istədiyini ala bildi – Rusiya ilə Azərbaycan arasında dəyəri 5-6 milyard dollarlıq silah alqı-satqısı sazişi bağlandı. Putin Bakıdan qayıtdıqdan dərhal sonra isə Rusiyanın Azərbaycandakı prezident seçkilərinə müdaxiləsi dayandı.
Belə görünür ki, Prezident seçkilərinin 6 ay irəli çəkilməsi barədə qərarla Rusiya xüsusi xidmət orqanlarının budəfəki anti-Azərbaycan planları pozulub. Lakin çox böyük ehtimalla, Azərbaycan hakimiyyətinin belə qəfil gedişi rus çarını daha da qəzəbləndirib. Prezidentin köməkçisinin yuxarıdakı açıqlaması onun qəzəbinin nə qədər tünd olduğunu ehtimal etməyə əsas verir. Narahatçılıq üçün ciddi əsaslar olduğunu Əli Həsənov elə həmin tədbirdə açıq mətnlə bəyan etmişdi: "İSTƏYİRƏM BİLƏSİNİZ Kİ, VƏZİYYƏT ÇOX CİDDİDİR!”
Putin Azərbaycan hakimiyyətini hazırda nəylə təhdid və şantaj edir? Azərbaycan hakimiyyəti ötən seçkidə Putinlə danışıb razılaşmaq qərarını verdi. Bu dəfə necə davranacaq, Putinin şantajına bu dəfə boyun əyilməsə nə baş verəcək, indi bunlar haqda qəti fikir söyləmək çətindir. Lakin görünən budur ki, Azərbaycan iqtidarı geri çəkildikcə, Putin daha da azğınlaşır və hər seçkidən seçkiyə tələblərini daha da sərtləşdirir. Prezidentin köməkçisinin "MİLLİ SƏRVƏTLƏRİMİZDƏN ƏVƏZSİZ PAY İSTƏYİRLƏR” açıqlamasının açması bundan ibarətdir.
Azərbaycan iqtidarının Rusiyaya münasibətdə ehtiyatlı siyasətinin ciddi əsası var. Özünün imperiya ambisiyalarından xilas ola bilməyən, beynəlxalq hüquqa hörmətsiz, son illər isə Gürcüstan və Ukraynaya hərbi müdaxilə ilə beynəlxalq nizamı alt-üst edən, dünyanın böyük müharibənin astanasına gətirən bir ölkədən, onun davakar və tərbiyəsiz uşaq təsiri bağışlayan rəhbərindən ehtiyat etmək, hətta qorxmaq təbii bir şeydir. Ancaq hara qədər? Bunun bir sonu olmalı deyilmi?
İşğalçı Rusiyaya nifrət – bəlkə də Azərbaycan xalqının bütün təbəqələrini birliyə, həmrəyliyə apara biləcək yeganə hissdir. İşğalçı dövlətə, onun rəhbərinə bu qədər nifrət edən bir xalqın iqtidarı şantaj və təhdidlərə asanlıqla boyun əyməməlidir!
Biz bilirik ki, Rusiyanı bu qədər azğınlaşdıran – onun Azərbaycan hakimiyyəti daxilindəki dayaqlarıdır! Bu dayaqları sarsıtmadıqca, Putinin təhdidləri də davam edəcək!…
Elnur MƏHƏRRƏMLİ,
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi