31-03-2018 [12:03]
"Elmar Məmmədyarov Nalbandyanla görüşür. Nalbandyanın sifətindən "zəhər” tökülür. Bizim nazir onun üzünə gülür. Bütün bunlar işğala məruz qalmış Azərbaycan xalqını narahat edir. Bu cür olmaz”.
Mia.az xəbər verir ki, bunu "qafqazinfo”ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı xarici işlər naziri Elmar Məmmədyarovun istefa çağırışı ilə bağlı qaldırdığı məsələdən danışarkən deyib.
Deputat hesab edir ki, bu cür fikirləri tək o düşünmür: "Prosesləri izləyən jurnalistlər də bunu görür. Elmar Məmmədyarov kosmopolit və hər kəsin üzünə gülən,diplomatik etiketlərə daha çox üstünlük verən, lakin Azərbaycanın maraqlarını yetərincə kəskin mövqedə nümayiş etdirməyən nazir kimi özünü təqdim edib. Mən bir ay bundan əvvəl Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid etmişdim. Kəlbəcər istiqamətində işğal olunmuş torpaqlarımızın bir hissəsindən Ermənistana yeni yollar çəkilməsi, eyni zamanda biznes obyektlərinin inşası, ermənilərin işğal olunmuş Qarabağ torpaqlarına köçürülməsi ilə bağlı məsələlər kifayət qədər narahat edici faktlar idi. Ancaq xarici işlər nazirinin sərt reaksiyasını görmədik. Onun fəaliyyətini tənqid etdim və dedim ki, bu cür yanaşmaq olmaz.
Xarici işlər naziri ölkə prezidentinin neçə illərdən bəri əsas götürmüş olduğu hücum diplomatiyasını nazir səviyyəsində daha intensiv formada həyata keçirmir. Daha çox yumşaq və malalıyıcı mövqe nümayiş etdirir.
Belə qərara gəlmişdim ki, bununla bağlı mövqeyimi Milli Məclisdə də deyim. Dünənki iclasın da azərbaycanlıların soyqırımı gününə həsr edilməsinin məntiqi həm də onu göstərir ki, ermənilərə qarşı biz ölkə prezidentinin dediyi kimi sərt mövqeyimzi ortaya qoymalıyıq”.
Onun sözlərinə görə, prezident İlham Əliyev İrəvanın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olduğunu önə çəkir, azərbaycanlıların ora qayıtmasının zəruri hesab edir: "Ölkə prezidenti səviyyəsində deyilmiş bu qətiyyətli fikirlər xarici işlər naziri səviyyəsində daha kəskin şəkildə ifadə olunmalıdır. Biz bunları görmürük. Minsk qrupunun həmsədrləri ölkəyə gəlir, Elmar Məmmədyarovun onlarla kəskin notlar üzərində danışdığının şahidi olmuruq. Ancaq müxtəlif diplomatik ifadələr önə çəkilir. Konkret nəticələr də yoxdur.
2016- cı ilin aprel döyüşlərindən sonra Azərbaycan çox ciddi bir mövqeyə çıxdı. Ancaq xarici işlər naziri bundan lazımi səviyyədə istifadə edə bilmədi. Vyana, Sankt Peterburq görüşlərində ermənilər yenə də özünəməxsus hiylələrlə danışıqlardan yayındılar. Azərbaycan əldə etmiş olduğu hərbi üstünlüyü diplomatik müstəvidə inkişaf etdirə bilmədi”.
F.Ağamalı qeyd edib ki, Elmar Məmmədyarovun vəzifədən kənarlaşdırılması cənab prezidentin səlahiyyətində olan məsələdir: "Mən vətəndaş və millət vəkili kimi mövqeyimi ortaya qoymuşam. Bu mövqe də kifayət qədər arqumentləşdirilib. Onunla şəxsi problemlərim yoxdur. Ola bilsin ki, başqa bir zamanın diplomatı ola bilər. Amma müharibə dövründə xarici işlər naziri bu cür mövqe nümayiş etdirməli deyil. İstefa çağırışına necə reaksiya verəcəyi isə onun şəxsi fikridir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi