Prezident ?Caspian Agro-2010? beynəlxalq kənd təsərrüfatı sərgisində iztirak edib

img

30-09-2010 [12:53]


Sentyabrın 30-da Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində ?Caspian Agro-2010? III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub. Dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının istehsalı olan kənd təsərrüfatı texnikasına baxıb. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verildi ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği ilə bərabər, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Sərgidə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Kuba, İspaniya, Qətər və İrandan 80-dən artıq şirkət təmsil olunub. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı artmaqdadır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin və müxtəlif şirkətlərin, habelə quşçuluq, şərabçılıq, kənd təsərrüfatı texnikası pavilyonları ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA