Bakı və Abşeronun havasında tozun miqdarı normadan 40 faiz yuxarıdır - Nazirlik açıqladı

img

29-03-2018 [20:36]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. 

Mia.az nazirliyə istinadən bildirir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20, 12:00-da 25, 15:00-da 32 faiz sanitar normadan yuxarı olub.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından atmosfer axınları ilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA