29-03-2018 [18:01]
Tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil.
Baxmayaraq ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi: "Oktyabrın 30-da dövlət başçılarının iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun yük qatarlarının hərəkəti üçün açılışını edirik. Sərnişindaşımanın hərəkəti gələn il (yəni, bu il-red.) baş tutacaq. Çünki bunun üçün 30 ədəd vaqon sifariş edilib”.
Amma indi məlum olur ki, Qurbanov bu vədi tələsik verib. Ümumilkdə 1 milyard dollardan artıq pul xərclənən layihədə işlər hələ də tam başa çatmayıb. Bunu da elə Cavid Qurbanov deyib.
Belə ki, Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək. Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi "bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: "Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik”.
C.Qurbanov ad çəkməsə də, onun sabiq nəqliyyat naziri Ziya Məmmədovu hədəfə aldığını müəyyən etmək elə çətin deyil. Düzdür, Cavid Qurbanovdan əvvəl "Azərbaycan Dəmir Yolları” QSC-yə Arif Əsgərov rəhbərlik edib. Ancaq belə layihələrin həyata keçirilməsində söz sahibi Ziya Məmmədov olub. Həm həmin vaxt "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində olduğundan, həm də Arif Əsgərovu vəzifəyə Ziya Məmmədov təyin etdiyindən onun belə məsələlərdə müstəqil qərar verməsi faktiki mümkün deyildi. Təbii ki, Cavid Qurbanov da bundan xəbərdardır. Ona görə də, "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbərliyini deyil, "adlarını çəkmək istəmədiyi bəzi adamları” ittiham edir. Başqa sözlə, üstörtülü şəkildə Ziya Məmmədovu hədəfə alır.
Qeyd edək ki, Məmmədov-Əsgərov tandemi yalnız səhlənkarlıqda deyil, dəmiryolunda həyata keçirilən iri korrupsiya əməliyyatlarında da ittiham olunub.Onların Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Hətta ötən il İsveç polisi "Bombardier” korporasiyasının işçisini korrupsiyada şübhəli bilərək saxlamışdı, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilmişdi. Söhbət Qars-Bakı dəhlizi üzrə 46 stansiya üçün dəmir yolu siqnalizasiyaların alınmasından gedirdi.İsveç polisinin araşdırmalarından bəlli oldu ki, alınan avadanlıqların yekun dəyəri 5.5 dəfə şişirdilib və nəticədə 85 milyon pul yeyilib. Belə böyük mənimsəmələrin olduğu layihənin vaxtında və keyfiyyətlə başa çatdırılmaması təəccüblü deyil, əlbəttə!
Ancaq maraqlıdır, əvvala, Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı açılış ərəfəsində bu ilin yayından sərnişindaşımalarının həyata keçiriləcəyini deyəndə bunları bilmirdi? Bilirdisə, niyə yalan vəd verirdi?
İkincisi, ortada böyük korrupsiya faktlarına dair iddiaların olduğu halda Cavid Qurbanov niyə bunu səhlənkarlıq deyə ötüşdürür? Buna görə məsuliyyət daşıyanlarla bağlı nəinki hüquq-mühafizə orqanlarına müraciət edir, hətta adlarını belə ictimaiyyətə açıqlaya bilmir. Niyə?
Bəlkə ona görə ki, Cavid Qurbanov qarşı tərəfin də onun fəaliyyətilə bağlı nələrisə açıqlaya biləcəyindən ehtiyatlanır?Axı uzun illər bir yerdə işləyiblər…
Hər halda Qurbanovun ad çəkməkdən imtina etməsini dar vaxtlarında onun əlindən tutan Ziya Məmmədova "vəfa borcu” ilə əlaqələndirmək mümkün deyil…
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi