Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

29-03-2018 [13:00]


Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 751 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 30-da şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Naizrlik xəbərdarlıq edir ki, martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizidir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA