Rusiya Ermənistana yenidən silah satışına başlayacaq - Kreditlə

img

29-03-2018 [11:43]


 Rusiya yeni müdafiə krediti çərçivəsində bu il Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ArmHiTech-2018 sərgisində Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib.

Ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bundan başqa, 2015-cu ilin iyun ayında rəsmi Moskvanın Ermənistana Rusiya istehsalı olan hərbi məhsulların alınmasına dair 200 milyon dollarlıq dövlət ixrac kreditin verilməsi haqqında saziş imzalanıb.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, yeni müdafiə krediti çərçivəsində Yerevan Moskvadan "strateji daşındırıcılıq" silahını almaq niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA