Ali məktəblərə qəbul qaydalarına dəyiziklik edilib

img

30-09-2010 [10:41]


2011-2012-ci tədris ilinin yekununda ali məktəblərin bakalavr və magistr pillələrinə qəbul imtahanlarında bir sıra yeniliklər tətbiq olunacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, qəbul qaydalarına 5 yenilik nəzərdə tutulub. Beynəlxalq əlaqələr və regionşünaslıq ixtisasları 3-cü qrupdan 2-ci qrupa keçiriləcək. 2011-ci ildə magistraturaya sənədlərin qəbulu fevral ayında olacaq və ilkin olaraq bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika bilikləri yoxlanılacaq. Bakalavr pilləsinə qəbul zamanı riyaziyyatdan olan suallar test formasında deyil, ümumi formada təqdim olunacaq. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə 2011-ci ilin yanvar ayında Bakıda, eləcə də müxtəlif bölgələrdə bir sınaq imtahanı keçiriləcək, növbəti sınaq imtahanlarının isə müntəzəm olaraq, 2011-ci ilin aprel ayından keçirilməsi nəzərə tutulur. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, rezidenturaya qəbul TQDK tərəfindən aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA