29-03-2018 [10:25]
Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında elmi-praktik konfrans olub.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, konfransda Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov da çıxış edib.
"Arqumenti nedeli” həftəliyinin hərbi şərhçisi Yaroslav Vyatkin konfransda gedən müzakirələrə istinadən yazır ki, Gerasimovun nitqi xüsusən Rusiya hərbi-siyasi rəhbərliyinin son hərəkətləri və bəyanatları, eyni zamanda Amerika hərbçilərinin ziddiyətli bəyanatları fonunda olduqca maraqlı idi.
Konfransda general Gerasimov dünyadakı vəziyyəti müzakirə edib. Əsas diqqəti ABŞ-ın özünü uzun illərdir yeganə superdövlət kimi təqdim etməsinə yönəldib. Hansı ki, Gerasimovun fikrincə, indi bu imic darmadağın olub və ABŞ bütün səylərini situasiyanın konservasiyasına yönəldib.
"Bunun nəticəsində isə dövlətlərarası qarşıdurmalar kəskin artıb. Bunun əsasını əvvəlki kimi qeyri-hərbi tədbirlər - siyasi, iqtisadi və informasiya sahəsi təşkil edir. Bundan əlavə, qarşıdurma müasir cəmiyyətin bütün fəaliyyət sahələrinə-diplomatik, elmi, idman, mədəni sahələrə də sirayət edib, faktiki olaraq total xarakter daşıyır”, - Gerasimov öz çıxışında bildirib.
Lakin general əlavə edib ki, hərbi metodlarla təsir göstərmək də öz qüvvəsində qalır. Bu cür müharibələri daha çox "yeni tip müharibələr” adlandırırlar: "Hərçənd müharibə metodları daim dəyişir, əsasən isə yeniliklər ancaq bir sıra həllərdən və müharibə texnologiyalarından ibarətdir. Mahiyyət dəyişmir. Bütün bu hibrid metodlar ilk baxışdan sirr deyil və Çin sərkərdəsi II Sun-tszı tərəfindən hələ 5 min il əvvəl tətbiq edilib. O, öz ordusunun bilavasitə döyüşdə iştirak etmədən qalib gəlməsinin mühümlüyünü qeyd edirdi".
Konfransda gedən müzakirələrə əsasən müasir müharibələr göstərir ki, döyüş əməliyyatlarının dinamikliyi və gərginliyi daim artır. Düşmənə onun silahlı qüvvələrinin bütün müdafiəsi boyu və üstəlik düşmən ölkənin bütün ərazisinə zərbə vurmaq imkanları yaranır. Hərbi əməliyyatların hazırlanmasının və aparılmasının zaman parametrləri dəyişir, o cümlədən hərbi-siyasi rəhbərlik tərəfindən qərarların qəbul edilməsi vaxtı hərb maşının informasiyalaşması nəzərə alınmaqla qısalır. Düşmənə təsir nəinki ardıcıl və cəmləşdirilmiş formada, eyni zamanda müxtəlif teatrlar üzrə səpələnməklə və fasiləsiz olaraq göstərilə bilər. Bura kibersfera və informasiya müharibəsinin aparılması da daxildir.
"Üstəlik müxtəlif teatrlarda zərbələr formal olaraq bir-biri ilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbassda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik, Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real ssenaridir. Və bütün bunlara hazır olmaq lazımdır”, - müəllif konfransdakı müzakirələrə əsasən yazır.
Məhz bu ssenarini nəzərə alaraq ehtiyat qoşunların manevrlərinin və bir nöqtədən başqa nöqtəyə atılmasının təmin edilməsi, habelə onların zərbə altından çıxarılması üçün qoşunların strateji və taktiki mobilliyi ilə bağlı tələblər sərtləşdirilir. Radioelektron mübarizə vasitələrinin rolu həm rabitə, həm kəşfiyyat və naviqasiya, həm zərbə vasitəsi olaraq artır. Hansı ki, konfransda Rusiyanın radioelektron mübarizə vasitələrinin Suriyada effektiv işlədiyi qeyd olunub. Habelə kəşfiyyat-zərbə qapalı konturları yaradılıb və Yaxın Şərq hərbi əməliyyatlar teatrında, eyni zamanda təlimlərdə uğurla sınaqdan çıxarılıb. Onlar sürətli təsir edən kəşfiyyat vasitələri vahid sisteminə inteqrasiya olunub. Söhbət pilotsuz aparatlardan və aviasiyadan, orbital qruplaşmadan, radio və radiotexniki kəşfiyyat vasitələrindən, düşmənin hədəflərinin kompleks atəş zərbəsinə məruz qoyulması vasitələrindən gedir.
Gerasimov bildirib ki, qoşunların idarəedilməsi strukturları təkmilləşdirilir, yüksək dəqiqlikli və böyük radiuslu silahların döyüşə hazırlanması və tətbiqi üçün lazım olan vaxt müasir informasiya təminatının, təkmilləşdirilmiş idarəetmə sistemlərinin sayəsində 1.5 dəfə azalıb:
"Lakin işlər bununla yekunlaşmır. Hazırda qoşun növləri üzrə inteqrə edilmiş və avtomatik kəşfiyyat-zərbə sisteminin yaradılması üzərində iş gedir. Bu sistem zərbə dəqiqliyini daha 1.5-2 dəfə artıracaq, qərarların qəbulu üçün müddəti 2 dəfədən çox qısaldacaq. Yeni sistemin "Vostok-2018” təlimlərində sınaqdan keçiriləcəyi gözlənilir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi