İcraçı direktor 1265, xadimə isə 171 manat maaş alacaq - Baş nazirdən yeni qurumla bağlı qərar + SİYAHI

img

29-03-2018 [09:30]


Nazirlər Kabineti "Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Qərara görə, Prezident İlham Əliyevin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Onu da qeyd edək ki, bu fond prezidentin sərəncamı ilə yeni yaradılıb.

Vəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
İcraçı direktor1265
İcraçı direktorun müavini985
Şöbə müdiri, baş mühasib649
Baş məsləhətçi451
Aparıcı məsləhətçi429
Məsləhətçi418
Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis220
Sürücü242
Xadimə171



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA