Fətullayev Cavid Qurbanova "metal alverçisi" dedi: "Arana enmiş bu dağlı öz adamları və fırıldaqçı şirkətlərlə..."

img

28-03-2018 [21:17]


Tanınmış jurnalist Eynulla Fətullayev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanova qarşı sərt ittihamlar səsləndirib.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, bu barədə jurnalist sosial şəbəkədə yazıb. Həmin statusu təqdim edirik:

"Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı? "Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Guya Cavid olmasaydı, biz "Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək! Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax, bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA